• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 09.02.2023 20:18

Atletlərimizdən uğurlu çıxış

KepezTV Player

Gəncəli atletlər ard-arda qatıldıqları iki yarışda uğurlu çıxışla yadda qalıblar. Nizami yurdunun idmançıları doğma şəhərə müxtəlif əyarlı medallarla dönüblər.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışlar Respublika Olimpiya Mərkəzində keçirilib. 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirmələri mübarizələrdə müxtəlif məsafəyə qaçışlarda iştirak ediblər. 39-cu Qış Azərbaycan Çempionatı və 2006-2007-ci il təvəllüdlü atletlər arasında qış birinciliyində Gəncə komandası ümumilikdə 11 medala yiyələnib. Mükafatların 3-ü qızıl, 5-i gümüş, 3-ü isə bürünc olub. Yer tutan idmançılar arasında yığmanın üzvləri də var.
Məşqçi Faiq Əsədov qazanılan nailiyyətlərin ötən illə müqayisədə yaxşı olduğunu bildirib. Ancaq, çalışdırıcı yetirmələrindən daha yaxşı nəticələr gözlədiyini söyləyib.
Gəncəli atletləri qarşıda daha bir yarış gözləyir. İdmançılar 10-11 fevralda 2008-2009-cu il təvəllüdlülər arasında keçiriləcək qış birinciliyinə yollanacaqlar. Həmin yarışda Nizami yurdunu 5 atlet təmsil edəcək.