KepezTV Player
Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Universitetdə sənaye əməkdaşlığının əhəmiyyətindən danışılaraq kadr hazırlığı prosesində fermer və müəssisələrlə birgə görülən layihələrin vacibliyi diqqətə çatıdırılıb. Taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, nailiyyətlər və perspektivlərlə bağlı çıxışlar olub. Universitetin toxumçuluq sahəsində əldə etdiyi nailiyyətlərlə tanışlıqdan sonra müxtəlif təcrübə proqramlarının, seminar, dəyirmi masa və konfransların təşkil edilməsi, həmçinin, gənc kadrların, xüsusilə aqronomluq sahələrində fəaliyyət proseslərinə cəlb olunması istiqamətində əməkdaşlıq memorandumu imzalanıb.
- Baxış: 285