• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 09.02.2023 20:15

Zəlzələ zamanı necə hərəkət etməli?

Bazar ertəsi Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı minlərlədir. Sayın bu qədər çox olması müxtəlif səbəblərlə əlaqələndirilir. Belə hallarda insanların zəlzələ zamanı necə hərəkət etməli olduğunu bilmələri də mühüm rol oynayır. Bundan irəli gələrək şəhər sakinlərinin bu kimi fövqəladə hadisəyə hazır olub-olmadıqları ilə maraqlandıq, edilməsi vacib olan hərəkətləri öyrəndik.
Zəlzələ-yeraltı süxur qatlarında baş verən yerdəyişmə nəticəsində yer səthində hiss olunan sesmik təkanlardır. Azərbaycan da tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən burada zəlzələnin olması xarakterik hal sayılır.
Təcrübə göstərir ki, əsas təhlükə zəlzələnin özü yox, onun fəsadlarıdır: bina və tikililərin dağılması, mebel və digər avadanlıqların aşması, şüşə qırıntıları, su və qaz sızıntısı və s. Zəlzələ əvvəlcədən proqnazlaşdırılmayan təbii fəlakəti olduğuna görə, bu proseslərdən daha az zəzərlə çıxmaq sadəcə insanların bilgili olması ilə mümkündür.
Mütəxəssislər deyir ki, zəlzələ zamanı ilk öncə evi və ya binanı təhlükəsiz şəkildə tərk etmək lazımdır, əgər bu olmursa, panikaya düşmək olmaz. Zəlzələ zamanı adətən ilk sınan və dağılan yerlər şüşə və pəncərələr olduğundan bu yerlərdən uzaq durmaq lazımdır.
Fövqaladə hallar nazirliyi həmçinin əhali arasında təbii və texnogen mənşəli hadisələr zamanı davranış qaydaları mövzusunda maarifləndirmə işləri də aparır. Bu işləri həm də zəlzələ zamanı davranış qaydalarını əhatə edir. Məktəblərdə, universitetlərdə, müəssisələrdə, əhali arasında mütəmadi olaraq aparılan bu cür işlər vətəndaşların daha bilikli olmasına xidmət edir.