KepezTV Player
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Ekofəallar aksiyanın 60-cı günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Aksiya ötən il dekabrın 12-dən başlayıb. *** Yol humanitar məqsədlər üçün açıqdır. Bu gün yoldan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb. Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə keçidi təmin olunub.
- Baxış: 403