KepezTV Player
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir. Dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib. Axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub. Dövlət başçısına son vəziyyət barədə məlumat verilib. Türkiyə Prezidenti mətbuata çıxışında deyib ki, zəlzələdən zərərçəkən ailələrə 10 min lirə maliyyə yardımı göstəriləcək.
- Baxış: 226