• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 08.02.2023 15:57

"Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib"

KepezTV Player

Ucaldılan abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab edib. Prezident İlham Əliyev görkəmli bəstəkarın abidəsinin açılış mərasimində qeyd edib ki, Tofiq Quliyev Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər.

İlham Əliyev- Azərbaycan Prezidenti: "Böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır. Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki, bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur".