• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 08.02.2023 15:49

Dini qurumlara maliyyə yardımı ayrılıb

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycanın Alban-Udi xristian dini icmasına, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna hər birinə 350 min manat olmaqla vəsait ayrılıb.

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasının təsdiq edilməsi barədə qanunu da imzalayıb.

Dövlət başçısı həmçinin, Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman verib.