• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2128
— 08.02.2023 12:11

Qardaş ölkəyə humanitar kömək

KepezTV Player

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə kömək məqsədilə Gəncədə də yardım kampaniyası davam edir. Yardımlar şəhərin yeni Şəmkir Avtovağzalının arxa hissəsində xüsusi ayrılan məntəqədə toplanılır. Gəncə və ətraf rayonlardan təbii fəlakətdən zərər çəkən insanlara lazım olan yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, eləcə də digər ehtiyac duyulan mallar gətirilir. Burada kömək üçün gətirilən əşyalar çeşidlərənərək qablaşdırılır.