• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 07.02.2023 19:48

"Kəpəz"in əvəzediciləri 3 xalı 1 qolla qazandı

KepezTV Player

Futbol üzrə 1-ci divizionunda mövsümün ikinci yarısına start verilib. 16-cı tur çərçivəsində “Kəpəz-2” “Zirə-2”ni qəbul edib.

Görüş Gəncə şəhər stadionunun süni örtüklü yardımçı meydançasında baş tutub. Qarşılaşmada ilk real qol vəziyyətini qonaqlar yaradıblar. Ancaq sarı-göylərin qolkiperi ard-arda iki zərbəni dəf edərək qola izin verməyib. İlk yarının sonunda bu dəfə meydan sahibləri qola yaxın olublar. Kəpəzin yeni transferi Elnur Cəfərov cərimə meydançasında özünə qarşı edilən kobudluğa görə topun arxasına keçsə də, toru havalandıra bilməyib. Fasilədən sonra zirəlilər daha aktiv təsir bağışlayıblar. Zirənin ilk belə hücumunda dağlıların əlcək sahibi iki cəhddə təhlükəni zərərsizləşdirib. Növbəti epizzodda isə qapı dirəyi və tir bakılıların hesabı açmasına əngəl olub. Vurmayana vurarlar prinsipinə əsaslanan gəncəlilər görüşün sonuna yaxın istəklərinə çatıblar. Əsas vaxta artırılan dəqiqələrdə Elnur Cəfərov ilk yarıda qaçırdığı penaltininin əvəzini çıxaraq qapıya yol tapa bilib. Bu qol həm də oyunun yekun hesabını müəyyənləşdirib. “Kəpəz-2” 1 “Zirə-2” 0.