KepezTV Player
Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Q.Nəbi küç., ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Rövşən Rövşən oğluna məxsus quş əti emalı müəssisəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkar edilən nöqsanlarla bağlı qanunverciliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
- Baxış: 322