• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 05.02.2023 18:43

Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələniblər

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 5 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.

Bundan başqa, polis əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə də şəhər ərazisində reyd keçirib. Səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər barəsində protokol yazılıb. Ümumilikdə, keçirilən tədbirlər nəticəsində 40 nəfər barəsində inzibati tədbir görülüb.