• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 05.02.2023 18:58

Xalq artistin yubleyi qeyd edilib

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında xalq artisti, dirijor Rafael Bayramovun 70 illik yubleyi keçirilib.  Qədim mədəniyyət və incəsənət beşiyi olan Gəncədə anadan olan Rafael Bayramov Azərbaycan musiqinin inkişafında, eləcə də onun təbliğində misilsiz xidmətlər göstərib. Musiqimizin xarici ölkələrdə tanıdılması istiqamətində əməli fəaliyyət aparıb. 1997-ci ildən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışan Rafael Bayramov 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən xalq artisti adına laqyiq görülüb. Yubley tədbirində xalq artisti rəhbərlik etdiyi Kamera Orkestri ilə birgə konsert proqramı ilə çıxış edib. Filarmoniyanın solistləri xalq və bəstəkar mahnıları ifa ediblər. Rafael Bayramova həsr edilən videoçarx nümayiş etdirilib. Gəncə şəhər rəhbərliyi tərəfindən xalq artistinə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.