• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 04.02.2023 19:00

Kür çayında meyit tapılıb

KepezTV Player

Kür çayında meyit tapılıb. Tovuzun Qədirli kənd sakini 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb. O, ötən il dekabr ayının 12-dən Tovuzdan balıq tutmaq üçün çıxıb və geri qayıtmayıb. Eldəniz batdığı ehtimal olunduğu ərazidən təxminən üç kilometr uzaqlıqdan tapılıb. Bir neçə gün əvvəl onun ov tüfəngi və balıq tutmaq üçün cərəyan artıran cihazı da həmin əraziyə yaxın yerdən tapılıb. Meyitin üzərində paltar olduğundan ilkin baxış zamanı hər hansı bir zorakılıq əlamətləri aşkar etmək mümkün olmayıb. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.