• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 02.02.2023 19:28

2 Fevral - Azərbaycan gəncləri günüdür

KepezTV Player

Gənclər dünyada baş verən yeniliklərə, elmi-texniki tərəqqiyə, mütərəqqi dəyişikliklərə meyilli, öyrəndiklərini tətbiq etməyə, hünər göstərməyə həvəslidirlər. Arzularından və ümidlərindən güc alaraq qanadlanmaq, mümkünsüz görünənləri belə reallaşdırmaq əzmindədirlər. Sanırlar ki, bütün Yer kürəsi onlarındır. Amma təqvimdə bir gün var ki, onların günü kimi qeyd olunur. Növbəti sujetimizdə özü də gənc olan Alimə Nazimqızı bu haqda danışacaq.

MDB məkanı və Şərq ölkələri arasında ilk dəfə Azərbaycanda təsis edilib gənclərin günü. Düz 26 il bundan öncə.

Hazırda ölkəmizdə gənclər olduqca fəaldır. Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orda gənclər üstünlük təşkil edir.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bundan başqa onlar sosial həyatında olduqca aktiv və müxtəlif məşğuliyyətlərə həvəslidirlər. Bəs bu gənclik boş vaxtlarını necə səmərəli edir?

Azərbaycan gəncləri “Dəmir yumruq” əməliyyatı zamanı da rəşadətini və qəhrəmanlığını göstərdi. Vətən müharibəsində erməni işğalına son qoyaraq xalqımızı uzun illərdir gözlədiyi arzusuna qovuşdurdu. Ruhu və özü gənc olan hərkəs Bayramınız mübarək!


Alimə Hüseynova