• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 01.02.2023 18:49

Dava düşdü, azarkeş bıçaqlandı

KepezTV Player

Bəzən müxtəlif idman növləri üzrə keçirilən yarışlarda şiddət olayları, həm idmançılar, həm də azarkeşlər arasında cinayət tərkibli neqativ hallar qeydə alınır. Sonuncu belə hadisə futbol üzrə Azərbaycan Premyer liqasında baş verib. Daha ətraflı qarşıdakı sujetdə.
Dünyada futbolunda bəzən derbi xarakterli ayrı-ayrı oyunlarda azarkeşlər arasında davalara, qarşıdurmalara şahidlik etmişik. Bu cür hadisələr nəticəsində fanatlar xəsarət alanlar, hətta ölənlər də olub. Azərbaycan futbolunda da zaman-zaman oyunlarda fanatların iştirakı ilə xoşagəlməz hadisələr yaşanır. Elə Səbail-Kəpəz görüşü də futbol tariximizdə azarkeşlərlə bağlı insidentə görə yadda qalan oyunlar sırasında xatırlanacaq. Premyer liqanın 20-ci turu çərçivəsində baş tutan bu qarşılaşmada yerli və qonaq tərəfdarların davası acı sonluqla nəticələnib. Gəncə komandasının fanatlarından biri, 1997-ci il təvəllüdlü Rahib Ələsgərov yaranan qarşıdurmada bıçaqlanıb.
Digər sosial tədbirlər zamanı olduğu kimi idman yarışlarında da təhlükəsizliyi təmin etmək hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə düşür.
Futbol oyunları zamanı təhükəsizliyin təmin edilməsinə asayiş keçikçiləri ilə birgə klubların təhlükəsizlik xidməti də sabitliyin pozulmaması üçün əmək sərf edir.
Səbail – Kəpəz oyununda məlum hadisəni törədən şəxs olaydan dərhal sonra yaxalanıb. Faktla bağlı araşdırmalar aparılır, araşdırmaların nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.