Sumqayıt şəhər sakini 34 yaşlı Babək Nəsirov qeyri-rəsmi nikahda yaşadığı və ondan ayrılan həyat yoldaşı 30 yaşlı Elnurə Əlimərdanovanı geri qaytarmaq üçün Gəncəyə gəlib. Geri qayıtmaq istəməyən qadınla yaranan mübahisə zamanı Babək Nəsirov ona, qardaşı 31 yaşlı Elnur Əlimərdanova və əmisi 43 yaşlı Elşən Əlimərdanova bıçaqla xəsarət yetirib.
İki uşağı anası olan Elnurə Əlimərdanova 2016-cı ildə sosial şəbəkədə tanış olduqdan sonra Babək Nəsirovla birlikdə yaşamağa başlayıb. Bu müddət ərzində bir neçə dəfə ayrılsalar da bu dəfə həyat yoldaşını dəfələrlə hədələyən Babək Nəsirov bıçala əl atıb.
Zərərçəkənlər Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasına yerləşdiriliblər. Onların hər üçünə təcili yardım şöbəsində tibbi yardım göstərilib.
Hadisəni törətdikdən sonra qaçan Babək Nəsirov Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Sumqayıtda saxlanılaraq istintaqa təhvil verilib.
- Baxış: 347