• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 31.01.2023 20:32

Elan saytlarında olan fırıldaqlar

KepezTV Player

Son zamanlar onlayn platformalar üzərindən olan satışların sayı artıb. İstər əşya, istər maşın, istərsə də daşınmaz əmlakla bağlı olur bu elanlar. Satıcı və alıcılar üçün rahat olan bu platfrma bir o qədər də təhlükəlidir. Çünki vətəndaşların pulunun mənimsənilməsi kimi dələduzluq halları baş verir. Mütəxəssislər bu mövzuda vətəndaşları diqqtətli olmağa səsləyir.

Azərbaycanda elan saytları vasitəsilə son vaxtlar yeni dələduzluq üsulu yayılıb. Özü də fərqli metodla. Belə ki, elan saytlarında satışa qoyulan əşyaları almaq üçün satan şəxsə xarici nömrələrdən mesajlar gəlir. Şəxsiyyət vəsiqəsi tələb olunur ki, guya real alıcı olduğu yoxlanılsın. Vəsiqənin şəklini göndərəndə isə FIN kod vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərpa əməliyyatları edib, vətəndaşların müştərisi olduğu bankı tapırlar. Bu və buna bənzər hallarla rastlaşan insanlar çoxdur.

Ekspertlərin sözlərinə görə. nağdsız ödənişlər zamanı az tanınan, geniş istifadə edilməyən saytlardan uzaq durmaqda fayda var. Elan saytlarının ən pis tərəfi isə bu saytlara kim gəldi daxil olub və elan yerləşdirə bilməsidir.

Sahib İbrahimov İT mütəxəsisi: Məlumatların dəqiqliyi onun güvənirliyi elan saytları və elan məlumatlarını yerləşdirən portallar tərəfindən izlənilmir. Istənilən şəxs ora məlumat yerləşdirə bildiyi üçün buları nəzarətdə saxlamaq qeyri mümükün olduğu üçün insanlar özləri bu təhlükəszlik meyarlarına diqqət etməldiirlər.ilk öncə daha çox tanınmış profillərlə əməkdaşlıq eləməyə daha çox məhsul satan mağzala müraciət etmək daha çox reyting qazanmış yüksək keyfiyyətli rəylər almış məhsullara diqqət yetirməlidirlər.əgər xarici nömrələrlər qeydiyyatdan keçənlər varsa bunlara xüsusilə diqqət yetirmək lazımdı.

Mütəxəssislər deyir ki, belə problemlərlə bağlı vətəndaşların müraciəti tez tez olur. Bundan qorunmaq üçün kart məlumatları paylaşılmamalıdır. İçində vəsait olmayan kartlar göndərilsə belə dələduzlar bu boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə edirlər.

Ümid İsgəndərov bank əməkdaşı: Kartdan onlayn istifadə edilən zaman əgər qarşı tərəf fırıldaqçılıqla məşğuldursa müştərirnin kartına pul göndərdiyini bildirir. Və kod istəyirlər. bu təhlükəsizlik kodları qarşı tərəfə bildirilməmllidir. O smsdə də göstərilir və bunla bağlı bir çox hallarda problemlər yaranır. Müştərilər bankalara müracoiət edir ki, bəs mən mal almaqa istəyirdim mənə dedilər kodu göndər və pul çıxıldı.  Heç bir bank əməkdaşı ümumiyyətlə sizdən zəng vurub kodu bizə bildirin deyə bilməz. Bu birbaşa olaraq fırıldaqçılıq əlamətidir. Boş kart olsa belə həmi kod məlumatlar verilməməlidir.

Vətəndaşlar öz kartlarında təhlükəli əməliyyatlar görsələr ya kart məlumatlarını dəyişməli, kartı bloklamalı, ya da kartın mənsub olduğu banka müraciət etməlidirlər.