• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1842
— 31.01.2023 20:30

Gəncəli cüdoçu ölkə birinciliyində yüksək nəticə göstərib

KepezTV Player

Gəncə cüdoçusu respublika yarışından doğma şəhərə yüksək nailiyyətlə qayıdıb. Paytaxtda təşkil edilən birincilikdə Fərid Qarayev ən yaxşılardan olub.

18 yaşadək yeniyetmələr arasında baş tutan Azərbaycan birinciliyinə 600-dən çox oğlan və qız cüdoçu qatılıb. Nizami yurdundan 3 cüdoçu yarışın mükafatçılar sırsına düşüb. Onlardan 63 kq-da Həbibə Hüseynzadə və 40 kq çəkidə Gülşən Hüseynova bürünc medal qazanıb. Ölkə birinciliyində ən yaxşı nəticəyə isə Fərid Qarayev imza atıb. 55 kq-da tatami üzərinə çıxan cüdoçu bütün rəqiblərindən güclü olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həm idmançının şəxsi məşqçisi, həm də Gəncə cüdo komandasının baş məşqçisi olan Hüseyn Allahverdiyev yetirməsinin uğurundan ağızdolsu danışıb. Çalışdırıcı Fəriddən beynəlxalq səviyyəli yarışlarda da yaxşı nəticələr gözlədiyi söyləyib.

Fərid Qarayev martda Türkiyədə, apreldə Çexiyada, mayda isə Göygöldə keçiriləcək Avropa kuboklarında iştirak edəcək. Həmin yarışlarda yaxşı nəticə göstərəcəyi təqdirdə cüdoçu Avropa və dünya çempionatlarına qatılmaq imkanı əldə edəcək.