• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 27.01.2023 11:20

Yeni doğulmuş körpələrdə rast gəlinən problemlər qulluq və baxımı

KepezTV Player

" Ana olmaq qadına inanılmaz duyğular yaşadır. Bu duyğuya bərabər bir hiss yoxdur" deyir ana olan xanımlar. Həyatın çətinlikləri və məsuliyyətləri içərisində körpələrini dünyaya gətirirlər, saatlarla yuxusuz qalaraq səbrlə onları böyüdüb, boya-başa çatdırırlar. Bu böyük fədakarlıqları başqa kim edə bilər?! Kim qarşılıqsız böyük bir sevgi göstərə bilər?! Təbii ki, analar...Analıq hissini yeni dadan xanımların şirin təlaşları ilə yanaşı, narahatlıqları da yaranır. Körpəsinə ən yaxşı qayğı göstərmək istəyən valideynlər nə edəcəyini bilmirlər. “Mən körpəmə yaxşı baxa biləcəm?” həyəcanı onları bürüyür..

Yeni dünyaya gələn körpələrə qulluq ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaq, yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox vacib məqamlar var. Gənc analar tez-tez özünə bu sualı da verir: ”Görəsən üşümür?” Balacalar təxminən 6 aylıq olana qədər bədən istiliyini tənzimləyə bilməzlər. Odur ki, yeni doğulmuş uşaqları diqqətlə geyindirin. Ümumiyyətlə, evdə və ya çöldə sizinlə eyni miqdarda paltar geyinməlidir. Onu çox qalın geyindirməyin, tərləməsi üşüməsinə səbəb ola bilər.Uşaqlar adətən doğuşdan dərhal sonra ayıq və qəbuledici olduğundan, bu, bağlanmaq üçün mükəmməl vaxtdır, ona görə də onun gözünün içinə baxın və onunla danışın. O, səsinizi bədənindən tanıyır və onu sakitləşdirə bilər. Bütün bu deyilənlərdən sonra Bu dövrdə uşaq yetişdirmək çox çətindir” fikrindəsinizsə  onu da bilməlisiniz ki, uşaq böyütmək çətin və məhsuliyyətli olsa da çox gözəl bir hissdir. Çətinliklər yarana bilər və bu zaman mütəxəssislərdən kömək istəyə bilərsiniz. Elə Günay xanım da belə etdi:

Ləman Sultanlı