• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 31.01.2023 12:21

Nazir Gəncə şəhər stadionunun durumu ilə maraqlanıb

KepezTV Player

Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunun durumu ilə maraqlanıb. "Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərovlə görüş zamanı arena barədə nazirə informasiya verilib. Görüşdə klubun vəziyyəti, əsas komandanın çıxışı müzakirə mövzusu olub. Stadionda həyata keçirilən infrastuktur layihələr çərçivəsində aparılan son işlərlə bağlı məlumat çatdırılıb. Futbol akademiyasının inşasının yaxın müddətdə yekunlaşacağı, arenanın ərazisində salınan köməkçi meydanların yazdan sonra komandaların ixtiyarına veriləcəyi bildirilib. Görüşün sonunda komandanın forması nazirə hədiyyə edilib.