Gəncədə bıçaqlanma hadisəsi baş verib. 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər üç zərərçəkənin yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hadisə Əlimərdanovlar ailəsinin yaşadığı Atatürk prospektində yerləşən evdə qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə bu barədə məlumat daxil olan kimi araşdırmalara başlanıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. O, Sumqayıtda saxlanılaraq istintaqa təhvil verilib. Babək Nəsirovun Elnurə Əlimərdanova ilə qeyri-rəsmi nigahda yaşadığı qeyd edilir.
- Baxış: 475