• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 30.01.2023 12:24

Azərbaycanlılar Hyustonda dinc aksiya keçirib

KepezTV Player

Azərbaycan icması ABŞ-ın Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına və Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəallara dəstək məqsədilə təşkil olunub.“Erməni ekosidinə son!”,“Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Yerli sakinlərə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər barədə ətraflı məlumat verilib.