• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 30.01.2023 12:18

Yolda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyət yoxdur

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Ekoaksiya iştirakçıları bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 6 minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı da 11-ə çatıb. Bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.