• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 30.01.2023 11:47

Şəhid Orxan Əsgərov ll Şəhidlər Xiyabanında torpağa tapşırılıb

KepezTV Player

Dünən saat 22 radələrində göyərtəsində Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşini, terror aktı nəticəsində yaralananların, Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin də olduqları təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etdi. Ümumilikdə 53 nəfər təxliyə olundu. Səfirliyə hücum zamanı yaralanan şəxslər təcili yardım maşınları ilə xəstəxanaya aparıldılar. Şəhid Orxan Əsgərovun nəşi isə Təzəpir məscidinə, daha sonra Bakıda yaşadığı evə gətirilib.Orxan Əsgərovla vida mərasimi keçirilib.Vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, sıravi vətəndaşlar iştirak ediblər.Orxan Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq fəxri qarovul dəstəsi düzülüb.

Şəhid Orxan Əsgərov ll Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allah rəhmət etsin.