• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 29.01.2023 19:50

Gəncə komandaları niyə Göygöldə oynayır?

KepezTV Player

Artıq 4 ilə yaxın müddətdir ki, Nizami yurdunun aşağı yaş qrupu üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə reallaşan liqalarda oyunlarını keçirmək üçün Göygölə üz tuturlar. Buna səbəb ölkənin ikinci böyük şəhərində uyğun stadionun yoxluğu və fəaliyyət göstərən meydançalarda da soyunub-geyinmə otaqlarının, sanitar qovşaqların ürəkaçan vəziyyətdə olmamasıdır. Belə olan halda məcburiyyətindən uşaq liqalarının qarşılaşmaları qonşu rayondakı olimpiya idman kompleksində təşkil edilir. 2022-2023-cü illər mövsümündə də 12, 13 və 14 yaşlılardan ibarət komandalar oyunlarını Gəncədən kənarda keçirirlər. Bu da haqlı olaraq məşqçilər tərəfindən narazılıqla qarşılanır.

Mütəxəssislər digər bölgələrdə olduğu kimi Gəncədə də uşaq komandaları üçün yaxşı şəraitin yaradılmasını arzulayırlar. Bunun üçün isə tezliklə AFFA tərəfindən lazım olan işlərin görülməsini gözləyirlər.

Təki Yusif Vəliyevin dediyi kimi olsun və komandalar oyunlarını tezliklə doğma şəhərdə keçirə bilsinlər.