İnternetin, sosial medianın inkişafı bizi qəzetlərdən böyük dərəcədə uzaqlaşdırıb. Hazırda oxumaq, məlumat əldə etmək üçün qəzet alanlar nadirən rast gəlinən haldır. Qəzetə olan təlabatın azalması redaksiyaların da öz işlərindən qırağa çıxıb, fəaliyyətlərini online formada dəvam etdirməsinə gətirib çıxardıb. Bəs buna səbəb olan nədir?
Bir vaxtlar qəzet almaq üçün sırada duran, həvəslə qəzet almağı gözləyən insanlar indi şəhərdə qəzet köşklərinin yanından düz keçib gedir. Kimləri üçün xəbər qaynağı, kimləri üçün səmərəli vaxtını dəyərləndirməkdə istifadə olunan bu kağız parçası indi ovuc içi qədər kiçik elektron alətlər ilə əvəz olunub. Şəhər sakinlərinin də dediyinə görə onlar sonuncu dəfə nə vaxt əllərinə qəzet aldıqlarını xatırlamırlar.
Hazır ki, vəziyyət onu göstərir ki, çap mediasına qarşı azalan təlabat getdikcə qəzetlərin sıradan çıxmasına gətirib çıxardacaq. Əvvəllər köşklərdə satılan qəzetlər gün ərzində 20-25 dənə idisə, indi bu satış 2 qat azalıb.
Vaxtında oxumaq üçün çap edilən qəzetlər, müasir dövrdə əsas məqsədindən başqa hər şey üçün istifadə olunur. Kimisi şirniyyatı yanmasın deyə xəmirin altına, kimisi evindəki istilik vasitələrini yandırmağa, kimisidə qablaşdırmağa görə qəzetdən faydalanır. Hamımıza adi gələn bu hal əslində,qəzetlərin acı taleyidir.
Düzdür,oxucu sayının azalmasına səbəb kimi,qəzetlərin oxunaqlı olmaması,tərtibatla bağlı yanaşmalar,yalnış və ya şişirdilmiş məlumatların ötürülməsi kimi hallara rast gəlinsə də bu ümumi yanaşmada olduqca az təsirli məqamlardır.Qəzetin informasiya mənbəyi olduğunu nəzərə alsaq,orada daha maraqlı,cəlbedici və maarifləndirici məqalələrin yer alması vəziyyəti az da olsa dəyişə bilər.Bu əsiri olduğumuz telefonların həyatımızda tutduğu yeri az da olsa kiçildəcək. Alimə Hüseynova
- Baxış: 259