KepezTV Player
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinləri Məzahir Məmmədov və Zaman Verdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. Cari ilin müvafiq dövrü ərzində ümumilikdə 8 ov silahı və digər döyüş sursatları aşkarlanıb.
- Baxış: 397