• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1856
— 28.01.2023 19:26

Azərbaycan səfirliyinə hücumun əvvəldən planlaşdırıldığı üzə çıxıb

KepezTV Player

Səfirliyimizə edilən terror hücumunun təsadüfi baş vermədiyi ortaya çıxmaqdadır. Hələ bir neçə ay əvvəl SEPAH-ın Qüds bölməsinin rəhbərlərindəт biri Həbib Babayi naxçıvanlı sürücülərə, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı hücum və terror aktları planlaşdırdıqları barədə danışıb. Həbib Babayi Ermənistandan yayımlanan, fəaliyyəti Azərbaycanda milli etnik zəmində qarşıdurma və təxribatlar üzərində qurulan internet tv-də bu hücumların anonsunu verib. Həbib Babayinin anonsunu verdiyi terror aktı yanvarın 27-də həyata keçirilib. Bu kimi faktlar bir daha göstərir ki, səfirliyə edilən xain terror hücumu əvvəldən xüsusi planla hazırlanıb, İran rəsmilərinin insidentin ailə-məişət zəminində baş verdiyini vurğulaması, hadisənin motivini dəyişməyə çalışması əsassızdır.