Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı, ATƏT sədri Buyar Osmani, BMT Baş katibi Antoniu Quterreş, BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano, ABŞ Dövlət Departamenti, Çexiya, Ukrayna, Xorvatiya, Braziliya, Monteneqro, Küveyt xarici işlər nazirlikləri, İsveçrənin, Finlandiyanın, Bəhreyn Krallığının Azərbaycandakı səfirlikləri, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib, başsağlığı verilib. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətlərinin qəbuledilməz olduğu vurğulanıb.
- Baxış: 372