KepezTV Player
Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı, Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır. Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyinin aldığı vaksinlər Niderland istehsalıdır.
- Baxış: 321