• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 25.01.2023 19:28

“Kəpəz-2” növbəti yoxlama oyununda heç-heçə etdi

KepezTV Player

Futbol üzrə 1-ci divizionda çıxış edən “Kəpəz”in əvəzedici komandası qış fasiləsində növbəti yoxlama oyununu keçirib. Dubl bu dəfə Zaqatala ilə qarşılaşıb.

Gəncə şəhər stadionun süni örütüklü meydançasında baş tutan görüşə əvəzedicilər yaxşı başlayıblar. Gəncəlilər ilk yarıda rəqibi iki dəfə mərkəzə dəvət ediblər. Hər iki qol Cavad Kərimovun ayağına yazılıb. Hücumçunun vurduğu qolların ikisini də başıyla çərçivədən keçirib. İkinci hissədə qonaqlar tədricən özlərinə gələrək qapılarında gördükləri qolların əvəzini çıxa biliblər. Əvvəlcə Roisi İsmayılov fərqi minimua endirib. Qarşılaşmanın sonuna yaxın isə Kamal Kazımov fərqlənərək hesabı bərabərləşdirib. Oyunda başqa qol olmadığından komandalar 2:2 hesablı sülh bağlayıblar. Çempionatda yaranan aradan maksimum istifadə edən sarı-göylər bu görüşdən öncə reallaşan yoldaşlıq qarşılaşmalarında İmişli ilə 1:1 hesablı heç-heçə edib, Turan-Tovuza isə 3:2 uduzub. Növbəti yoxlama oyununda “Kəpəz”-2 Mingəçevirlə üz-üzə gələcək.