• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 25.01.2023 20:21

AFFA-nın baş katibi Gəncədə akdemiyanın tikintisi ilə maraqlanıb

KepezTV Player

AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncəyə səfər edib. Səfər çərçivəsində baş katib Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb. “Kəpəz” Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib. İlqar Nadirinin sözlərinə görə, qarşıdakı iki ayda futbol akademiyasının inşasının başa çatdırılması planlaşdırılıb. İşlər bu tempdə davam edərsə, martın sonlarında idman qurğusu açılışa hazır olacaq.