• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 24.01.2023 20:13

Qərbi Azərbaycan həsrəti ilə yaşayan kənd

KepezTV Player

Goranboy rayonunda bir kənd var ki, burada yaşıyan sakinlərin hamısı ermənilərin ötən əsrdə Qərbi Azərbaycandan deportasiya etdiyi soydaşlarımızdır. Təxminən 100 ildən artıqdır öz dədə-baba yurdlarından didərgin düşənlərin davGoranboy rayonun Xoylu kəndi rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir. Bu kənddə yaşıyan sakinlərin hamısı Qəbi Azərbaycandan gələnlərdir. Ötən əsrin 17-18-ci illərində bu kənd sakinləri Qərbi Azərbaycandan köçürülərək burada məskunlaşıblar.
Ermənilərin departasiyası zamanı Qərbi Azərbaycanın Dərələyəz mahalından olan sakinlər öz dədə-baba torpaqlarından didərgin düşərək Azərbaycana pənah gətiriblər. Respublikamızın bir çox rayonlarına səpələnən soydaşlarımızdan təxminən 100-ə yaxın ailə Goranboy rayonun Xoylu kəndində məskunlaşıblar. Buranın təbiəti, relyefi onlar üçün daha əlverişli olub.
amçıları tarixi torpaqlarına qayıdacaqlarına əmindirlər. Bu əminlik bəs yerə deyil.
Xoylu kəndində Dərələyəz mahalının 7 kəndindən 470 ailə və 2156 sakin yaşıyır ki, onlar da əsasən maldarlıq və əkinçiliklə məşğul olurlar. Deportasiya zamanı ermənilərin onların əzizlərinin başına gətirdikləri müsibətlərin yaddaşlarından heç vaxt  silinməyəcəyini deyirlər.
100 ildən artıqdır Xoylu kəndinə sığınan Qərbi Azərbaycanın Dərələyəz mahalının sakinləri özlərinin adət-ənənələrini də yaddan çıxartmayıblar. Bununla yanaşı Goranboyun ətraf kənd sakinkləri ilə də sıx münasibət qurublar. Ancaq nə qədər burda günləri xoş keçsə də dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.Bəli illər hətta əsirlər keçsədə yenə də yurd, torpaq el oba həsrəti yaddan çıxmır. Onu unutmaq olmur. Dövlətin apardığı düşünülmüş, uzaqgörən və düzgün siyasət isə o torpaqlara qayıdılacağın real olduğunu göstərir.

Elnur Vahidoğlu