• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 18.01.2023 11:33

Kimlərə lazer prosedurları etmək olmaz?

KepezTV Player

Baxımlı olmaq hər kəsin  özgüvənini artıraraq daha xoşbəxt yaşamalarına səbəb olduğu  bir gerçəkdir. Bəziləri buna diqqətlə yanaşmasa da, istər kişi olsun istər qadın özünə yetəri qədər diqqət etməlidir. Çünki insan özünü gözəl hiss etdiyi andan yaşamağa başlayır.

Keçmişdən bu günə kimi, bir çox insanın  əziyyət çəkdiyi problemlərdən  biri də arzuolunmaz tüklərdir. Bundan  qurtulmaq üçün istifadə olunan üsullardan ən yaxşısı lazer epilyasiyasıdır. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərin axırlarına doğru isə ticarət məqsədi ilə istifadəsinə başlanılmışdır. Bu prosedur tük  köklərinin lazer işıqları vasitəsi ilə təmizlənmə prosesidir . Lazerdən əks olunan  şüa dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir.  Bu prosedur üçün, alexandrite lazer,  diode lazer kimi müxtəlif dalğa sürətlərində işləyən cihazlardan istifadə edilir.  Bu cihazların müxtəlifliyinin səbəbi isə hər kəsdə, tükün rəngi və sıxlığının eyni olmamasıdır. Prosedur haqqında insanların düşüncəsi iki yerə ayrılır. Bəziləri lazer epilyasiyasının heç bir zəzəri olmadığını düşündüyü halda, bəziləri isə zərərli olduğunu düşünür. Araşdırmalar göstərir ki, bu günə qədər ciddi problemlərə rast gəlinməyib, yalnız yan təsirləri aşkar edilib. Yəni,  lazer tətbiq edilən bölgədə qaşıntı, qızartı, şişmə ola bilər, bu təsirlər isə 3-4 gündən sonra hiss olunmur.