Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.01.2023 09:56
Tovuzda qəzalar olub, piyada ölüb, sürücü yaralanıb
KepezTV Player
Tovuzun Qovlar şəhərində "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Zülfüqar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.
Aşağı Öysüzlü kəndində isə "Mercedes" markalı minik maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 484