KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin birgə təşkilatçılığı, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin təsis edilməsi ilə əlaqədar “İdmanın böyük himayədarı – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibətin kökündən dəyişdiyi ifadə olunub, onun idmanın inkişafına çox böyük önəm verdiyi diqqətə çatdırılıb. Sonda “Azərbaycan idman ölkəsidir” mövzusunda hazırlanan video-çarx nümayiş olunub.
- Baxış: 339