• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 18.01.2023 20:45

Dünya şöhrətli aşpazdan "Şuşalı" yeməyi

KepezTV Player

Dünya şöhrətli aşpaz, Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Tomas Quqler Şuşada Qarabağ hotelində "master-klass" keçib və milli yemək bişirib. Aşpaz yeni bişirdiyi yeməyə "Şuşalı" adını verib.

Tomas Quqler Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti : "Məndən soruşanda ki, “Ustad dərsi necə olsun?” mən dedim stola sadəcə olaraq Azərbaycan biomüxtəlifliyi olan inqredientlərdən qoyarsınız. Mən gəlib burdakı təbiətdən ilham alıb özüm bir resept hazırlayacam. “Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri - ərik, üzüm, bibər və tərəvəzlərdən ibarət "Şuşalı" adında kreativ yemək hazırladıq"