• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 17.01.2023 19:09

"Turan Tovuz" Antalyada təlim-məşq toplanışını qələbə ilə başa vurub

KepezTV Player

"Turan Tovuz" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını qələbə ilə başa vurub. Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar. "Turan Tovuz" ilk iki yoxlama matçında Rumıniya “Petrolul”una 2:3 hesabı ilə uduzub, İsveçrənin "Aarau" komandasına isə qalib gəlib - 1:0.