• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 17.01.2023 16:10

8000-ə yaxın tələbə imtahan sessiyasında iştirak edir

KepezTV Player

Bu gün Gəncə Dövlət universitetində valideynlər, ictimaiyyət nümayəndələri, pedoqoji heyət, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələri payız imtahan sessiyasının gedişatını izləyib. “Açıq qapı” günündə savadlı kadr potensialının məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradıldığı, universitetdə bu istiqamətdə mühüm addımlar atılaraq uğurlar əldə edildiyi bildirilib.
Gəncə Dövlət universitetində keçirilən “Acıq qapı” günündə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin şəffaf, obyektiv və mütəşəkkil qaydada təşkil edildiyi müşahidə edilib. Yazılı, test, şifahi və qabiliyyət formasında keçirilən imtahanlarda suallar tədris olunan materiala uyğun olaraq tələbələrə əvvəlcədən təqdim olunub. Universitetdə bakalavr və magistr təhsil pilləsi üzrə ümumilikdə 8000-ə yaxın təhsilalan imtahanlarda iştirak edir.
Valideynlər imtahan zallarında olaraq övladlarının biliyinin necə qiymətləndirildiyinin əyani şahidi olublar. Yaranan suallar yerindəcə pedoqoji heyət tərəfindən cavablandırılıb.
Universitetdə yaradılan apelyasiya komisiyası və operativ qərargah imtahan nəticələrindən narazı olan tələblərə yardım məqsədi daşıyır. İmtahanlar başlayandan şikayətçi olan 150-ə yaxın tələbədən 110-nun müraciəti müsbət həll olunub.
29 dekabrdan başlayan imtahan sessiyası fevralın 1-dək davam edəcək. İmtahanda iştirak edə bilməyən və akademik borcu olan tələbələr isə müvafiq sənəd təqdim etdiyi halda 2-15 fevral tarixlərində baş tutacaq təkrar imtahan prosesinə qatıla bilərlər.