• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 16.01.2023 20:50

BƏƏ ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir

KepezTV Player

Prezident İlham Əliyevin BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoymasından xəbər verir.

BƏƏ Azərbaycana xoş münasibəti ilə seçilən ölkələrdəndir. İki ölkə arasında enerji, turizm, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirilir. İqtisadi sahədə əlaqələr son illər daha da genişlənib, ticarət dövriyyəsinin həcmi artıb. Eyni zamanda siyasi sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir. BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana dəstəyini qeyd etmək yerinə düşər. Həmçininn Əmirliklə bərpa olunan enerji sektorunda əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Ötən il bu ölkənin “Masdar” şirkəti ilə “təmiz enerji” sahəsində milli məqsədlərə nail olmağa əhəmiyyətli töhfə verəcək müqavilə imzalanıb. Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Ümumiyyətlə, Azərbaycanla böyük investisiya ölkəsi olan BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensial var.

Azərbaycan və BƏƏ arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. İki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərləri isə bu əlaqələri daha da dərinləşdirir. Azərbaycan – BƏƏ dost münasibətlərinin təməlində İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər dayanır.