• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 16.01.2023 16:29

Gəncədə üç günlük körpə ölüb

KepezTV Player

Gəncədə üç günlük körpə ölüb. Hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib. Qazax rayonu Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü Rəfiqə Xudai yanvarın 12-də mərkəzə yerləşdirilib. Qadın elə həmin gün qeysəriyyə yolu ilə körpəni dünyaya gətirib. Uşaq 3 gün sonra həyatını itirib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, uşaq vaxtından əvvəl dünyaya gəlib, 2 kq 200 qram çəkisi olub. İlkin məlumata görə, körpədə beyin daxili qan sızma baş verib.