• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 14.01.2023 16:13

Səfir Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidentinə təqdim edib

KepezTV Player

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib. Fransa Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Emmanuel Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub. Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.