• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 13.01.2023 19:19

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib

KepezTV Player

"Kəpəz" komandası heyətinə yeni futbolçu cəlb edib. Fransalı hücumçu Salif Sisse Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 31 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə bağlanacaq. Salif Sissenin sonuncu klubu Litva "Hegelman"ı olub. Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" sabah ilk yoxlama görüşünü keçirəcək. “Sarı-göylər” Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 15-də başayacaq.