• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 13.01.2023 20:10

Sürüşə-sürüşə mənzil başına gedənlər

KepezTV Player

Gəncə bu səhəri də qarla açdı. Ötən gün axşamdan başlıyan qar səhər hər yeri ağ örpəyə bürüdü. Şübhəsiz ki, qarın yağması bir tərəfdən insanları sevindirsə də digər tərəfdən problemlərə də yol açdı. Problemlərin nədən ibarət olduğunu qarşıdakı videomaterialdan biləcəyik.

Səkilər, körpülərin üstü, piyada keçidləri eləcə də mağazaların qarşısı. Gəncədə bütün bunlar gündəlik olaraq sakinlərin şəhərdə hərəkət etdikləri ərazilərdir. Ancaq yağan qar səhər saatlarında bu ərazilərdən sakinlərin istifadəsini mümkünsüz etmişdi. Demək olar ki, mənzil başına getməyə tələsənlər çətinliklə üzləşirdi.
Bura şəhərin Fətulla Həsənov küçəsidir. Biz hazırda burad Gəncəçayının üzərində yerləşən körpünün üzərindəyik. Sakinlərin hərəkət etdiyi piyada səkilərində də qar təmizlənməyib. Şübhəsiz ki, qarın buradan təmizlənməməsi sakinlər üçün problemlər yaradır.
Analoji vəziyyət şəhərin Əziz Əliyev prospektində də hökm sürüb. Piayadaların hərəkəti üçün çətinliklər yaradıb.
Bu göstərdiyimiz, eləcə də buna bənzər digər ərazilərdən fərqli olaraq şəhərin əsasən mərkəz küçə və prospektləri hərəkət üçün daha təhıükəsiz olub. Həm görülən tədbirlər, həm də havanın getdikcə mülayimləşməsi səhər saatlarında yaşanan vəziyyəti müsbətə doğru dəyişib.
Yağan qar şəhərdə nəqliyyatın hərəkətində ciddi problem yaşatmayıb. Qum-duz ehtiyatı, canlı qüvvə və texnika sarıdan kommunal təsərrüfatın səfərbərliyi buna imkan verib.

Elnur Vahidoğlu