• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1347
— 13.01.2023 20:01

"Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır"

KepezTV Player

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın üçtərəfli format çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib. Telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.