Ölkədə yağntılı hava şəraiti davam edir. Gecədən yağan qar Gəncəni də ağ örpəyə bürüyüb. Qarın əsrarəngiz gözəlliyi göz oxşasa da, yolların müəyyən hissəsində qeydə alınan buzlaşma nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb. Şəhərin nisbətən kənar bölgələrində, Cavadxan, Gülüstan kimi yaşayış massivində daha çox qar müşahidə edilib. Hərəkətin daha intensiv olduğu mərkəzi ərazilərdə isə yollar demək olar ki, tamamilə açıqdır. İstənilən halda qarlı hava şəraitində sürücülər təhlükəsizlik tədbirlərinə maksimum əməl etməli, sürət həddinə, ara məsafəsinin gözlənilməsinə diqqət yetirməlidirlər. Eyni zamanda piyadalar xoşagəlməz halların qarşısının alınması üçün yollarda diqqətli olmalıdırlar, xüsusən yolu keçərkən ehtiyatlı davranmalıdırlar.
- Baxış: 336