• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 13.01.2023 09:48

Goranboyda qəza: 4 nəfər xəsarət alıb

KepezTV Player

Goranboyda yol qəzası baş verib. Dəlməmmədli-Qırıxlı avtomobil yolunun Kəhrizli kəndindən keçən hissəsində "Mercedes" və "VAZ "markalı avtomobilər toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü Rəhimov Arzu Mustafa oğlu, 1991-ci il təvəllüdlü Həsənov Hacı Malik oğlu, 1955-ci il təvəllüdlü Rəhimova Həqiqət Ələddin qızı və 1998-ci il təvəllüdlü Həsənova Fatimə Mustafa qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.