• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 13.01.2023 09:45

Xankəndi-Laçın yolunda dinc ekoaksiya davam edir

KepezTV Player

Qarın yağmasına baxmayaraq, azərbaycanlı fəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 33 gündür davam edir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən aksiyada etirazçılar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Həmişə olduğu kimi, aksiya iştirakçıları bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.