• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 12.01.2023 16:45

Velosiped idman növü inkişaf etdiriləcək

KepezTV Player

Azərbaycanda bir sıra idman növləri var ki, həmin növlər bölgələrdə demək olar ki, inkişaf etməyib. Bunlar sırasında velosiped idman növü də var. Bu növün paytaxtdan kənarda, daha dəqiq desək Gəncədə də populyarlaşması və inkişafı üçün federasiya 2023-cü ildə əməli addımlar atmaq fikrindədi.

Azərbaycan Velosiped Federsiyasında baş tutan dəyişiklərdən sonra qurumun işinin əsas istiqaməti bölgələrdə filiallar açmaq olub. Bu yöndə çalışan federasiya ölkənin ikinci böyük şəhəri olan Gəncədə də velosiped idman növü üzrə bölmə yaratmağı planlaşdırır. Qurum cari il Nizami yurdunda bu sahəni inkişaf etdirməyi qarşısına hədəf qoyub.

Azərbaycan Velosiped Federasiyası Gəncədə velosipedlə məşğul olan həvəskarları da peşəkar səviyyədə yetişdirərək milli komandaya qazandırmağı düşünür.

Eyni zamanda Cavadxan yurdunda il ərzində müxtəlif yarışların keçirilməsi də nəzərdə tutulub. Burada həm yerli, həm də beynəlxalq səviyyəli velosiped yürüşlərinin təşkil edilməsi gözlənilir.

Artıq yanvarın əvvəlindən etibarən Gəncədə Azərbaycan Velosiped Federasiyası filialının fəaliyyətə başlaması üçün işlərə də start verilib. Şəhərə bu idman növündə məşqləri keçmək üçün iki əcnəbi məşqçi də təşrif buyurub.