• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 12.01.2023 20:37

Qışda avtomobillərə qulluq - yolda sığortalı hərəkət

KepezTV Player

Mütəxəssislər  xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə, lazım olan əlavə tədbirlər görülmərsə, qış fəslinin yaradacağı problemlərdən sürücülər əziyyət çəkəcək. Özü də havanın belə qarşı-şaxtalı keçdiyi bir vaxtda yolda qalmamaq, ən əsası da qəza şraiti yaratmamaq üçün avtomobili saz vəziyyətdə yola çıxmaq mütləqdir.

Azərbaycanda qış öz sözünü deyir. Demək olar ki, bütün bölgələrimiz ağ örpəyə bürünüb. Belə havalarda avtomobillərə xüsusi diqqət etməliyik. Elə etməliyik ki, qarlı, şaxtalı havalarda daha rahat sükan arxasında əyləşək

Fəslindən asılı olmayaraq avtomobillər hər zaman qulluq tələb edir. Ələxsus da qışda nəqliyyat vasitəsinə daha çox diqqət yetirmək lazım gəlir. Bu qəza vəziyyətini aradan qaldırmaq, həm sürücünün, həm də digərlərinin həyatını təhlükəyə atmamaq məqsədi daşıyır. Nəzərə alsaq ki, hazırda havanın temperaturu 0-ın alıtndadır, vəziyyət daha da, ciddiləşir.

Campolad Zeynalov maşın ustası: Aynasilən, salonun istiliyi, filterlərin yuyulmasından danışır.

Mövsümlə əlaqədar olaraq, avtomobillərin şinləri də qış rejiminə uyğunlaşdırılmalıdır. Təkərlərin üzərilərindəki naxışlar daha hündür olmalı, hava təzyiqi nisbətən aşağı salınmalıdır. Qar və şaxta ehtimalı nəzərə alınaraq təkər zənciri ehtiyatda olmalıdır.

Qışda akkumulyatorlar daha çox enerji sərf etdiyindən onlara da diqqət yetirmək lazımdır. Eləcə də problemli lampalar dəyişdirilməli, duman faralarının işlək olduğu tez-tez yoxlanılmalıdır. Avtomobillərin əyləc sisteminə də texniki baxış keçirməli, qışa hazır olub-olmadığı yoxlanılmalıdır.

Mənzil başına çatmaq üçün görülən bu tədbirlər ozümüzü və ətrafımızı təhlükədən qorumaq üçün zəruri olan adımlardır. Tədbirli olaq ki, yolda qalmayaq.

Nərgiz Əhmədqızı